Şrift ölçüsü:
A+
A
A-
Kr
05 İyul 2014

Avropanın mənafeyi ABŞ üçün mühüm deyil

Avropanın böyük strateji səhvi ABŞ-a xitmət etməsidir
Cənab Rəhbər 14 xordadda İmam Xomeyninin hərəmindəki çıxışında dünyadakı dövlətləri, cərəyanları və fərdləri 3 qrupa ayırdı: əmrə tabe olanlar, müstəqil olanlar və tabe olmayanlar. Nəzərdə ABŞ tutulurdu. Avropa ölkələri ABŞ qarşısında ikinci qrupa daxil olan müstəqil dövlətlərdir. Rəhbər buyurur ki, Avropanın böyük strateji səhvi ABŞ-a xitmət etməsidir. Avropa ABŞ-ın mənafeyini nəzərə alır. ABŞ isə Avropanın mənafeyinə əhəmiyyət vermir. Biz bu yazıda Avropanın hansı mənafelərinin nəzərə alınmadığını araşdıracağıq.
Beynəlxalq rabitələrdə birlik zərurəti o zaman yaranır ki, iki və ya daha artıq ölkənin mənafeləri uyğun gəlsin. Bu zaman həmin ölkələr öz təhlükəsizlik və milli mənafelərini nəzərə alaraq birləşirlər. Bu birlik rəsmi olmaya da bilər. Dövlətlər müştərək mənafelərinin təmini üçün həmkarlıq edirlər.
ABŞ-la Avropa ölkələri arasında birlik müştərək mənafelərə asaslanırmı? Biz əməldə bunu görmürük. ABŞ nəinki Avropa ölkələrinin mənafeini nəzərə almır, hətta onların milli təhlükəsizliyinə zərbə vurur. Avropa dövlət başçılarının telefon danışıqlarının ABŞ kəşfiyyatı tərəfindən gizli dinlənilməsi deyilənlərə sübutdur.
Amerikanın ardıcıl şəkildə Avropanın mənafelərinə zərbə vurması adi hal alıb. Vaşinqtonun Avropa müttəfiqlərilə münasibətlərindən görünür ki, Avropa həmişə Ağ Evdən zərər görmüşdür. ABŞ öz müttəfiqinə arxadan zərbə endirməkdən utanıb-çəkinmir. Necə olur ki, müttəfiq sayılanlar bir-birlərinin milli mənafeyini nəzərə almır? Avropa hazırda da Amerika ilə həmkarlığa görə böyük itkilər verir.
Amerikanın Avropaya ən böyük zərbəsi iqtisadi böhran oldu. Yaşıl qitə iqtisadi böhran yaşayır və böyük itkilər verməkdədir. Amerikada böhran 2007-ci ildə başladı. Sonra tədricən Avropaya ötürüldü.
İqtisadi böhranın başlaması məsələsi ABŞ-la Avropa arasında ən ixtilaflı məsələlərdəndir. Tərəflər böhranın yaranmasında bir-birlərini ittiham edirlər. Bəzi təhlilçilər düşünür ki, böhran Amerikada başlayıb və onun mərkəzi Wallstreet olub. Bu böhran Avropanın iqtisadi inkişafını sürətdən salıb, dayandırıb və geriyə çəkib.
ABŞ-ın Avropaya vurduğu başqa bir zərbə Əfqanıstan və İraq müharibələridir. Bu müharibələri ABŞ başlayıb. Hansı ki bəzi Avropa ölkələri müharibəyə müxalif idi. Bir neçə Avropa ölkəsi isə öz milli mənafeini ABŞ-a qurban verərək onun ardınca getdi. İraq və Əfqanıstan müharibələri ABŞ və Avropada iqtisadi böhranın əsas səbəblərindəndir.
Amerikanın Sülh və İqtisadiyyat İnstitutu öz hesabatında elan etdi ki, İraq və Əfqanıstan müharibələri ABŞ iqtisadiyyatına zərbə vurub. Hesabatda müharibələrdən sonrakı vəziyyət araşdırılıb. Hər bir müharibə ABŞ iqtisadiyyatına böyük zərbə vurub. İntitutun rəhbərliyi bildirib ki, son müharibələr ABŞ maliyyə sistemini sirkələyib.
ABŞ dövlət büdcəsindəki kəsir birbaşa və ya dolayısı ilə Əfqanıstan və İraq müharibələri ilə əlaqəlidir. Hesablamalara görə bu iki müharibə ABŞ iqtisadiyyatına beş trilion dollar zərbə vurub. Federal büdcədə kəsrin artması göstərir ki, bu beş triliondan əlavə zərərlər olub.
Amerikanın Avropadakı gizli həbsxanaları Avropanın nüfuzuna böyük zərbə oldu. Bu həbsxanalar 2004-cü ildə ifşa edildi. ABŞ 11 sentyabr hadisələrindən sonra həbsə aldığı şəxsləri Avropadakı həbsxanalarda yerləşdirib və bu həbsxanalarda məhbuslara qarşı böyük cinayətlər həyata keçirilib. Həbsxanalar ifşa olandan sonra Avropada ABŞ-a qarşı etiraz dalğası gücləndi. Demokratiya iddiasında olan Avropa nüfuzunu itirdi.
ABŞ-ın Avropaya vurduğu zərbələrdən biri də NATO-ya xərclənən pullardır. NATO-ya üzv Avropa ölkələri hər il böyük məbləğdə üzvlük haqqı ödəyir. Bundan əlavə ABŞ-ın mənafelərinə xidmət edən NATO əməliyyatları Avropa dövlətlərinə zərbə vurur. Hazırki vəziyyətdə Avropada müharibə əleyhinə qrumlar sürətlə artır. Bu qrumlar NATO-nun mahiyyətinə müxalifdirlər. ABŞ həm də Avropanın müstəqil hərbi blok yaratmasına mane olur.
Avropa Ukraniya hadisələrinə görə müəyyən itkilər verir. Burada da milli mənafelər ABŞ-ın mənafelərinə qurban verilir. ABŞ-ın respublikaçı senatoru Con Makkeyn Ukraniyaya səfərə gedib və etirazçılarla görüşərək onları vətəndaş müharibəsi həddinədək qızışdırıb. Ukraniyada hazırda vətəndaş müharibəsi gedir. Həmin müharibə alovunun Avropaya keçməsi mümkündür. Şərqi Avropada ABŞ-ın himayəsi ilə həyata keçən rəngli və məxməri inqilab qələbə qazandığı zaman ömrü uzun olmur. Ukraynanın Rusiya meylli prezidenti hakimiyyətədən uzaqlaşdırıldıqdan sonra Avropa Amerika ilə yanaşı dayanmışdı. Avropa da istəyirdi ki, Ukraynaya Qərbmeylli qüvvə başçılıq etsin. Amma böhranın davamı göstərdi ki, ölkə parçalanmaya doğru gedir. Bu isə Avropa üçün arzuolunmazdır. Ukraynanın parçalanması bir model şəklində Avropaya keçə bilər. ABŞ-ın istəkləri ilə xərclənən pullar Avropa üçün problem yaratdı.
ABŞ-ın Avropaya əsas zərbələrindən biri Ağ Evə tabe olmayan ölkələrə qarşı sanksiyalardır. Avropa Rusiya rəsmilərinə qarşı sanksiyalara məcbur edilir. Avropa Amerikanın təzyiqləri altında dünyadakı böyük bazarları itirir.
Rusiya və başqa ölkələrə qarşı sanksiyalar Avropadakı iqtisadi böhranı daha da dərinləşdirə bilər. Avropanın Rusiya ilə sıx iqtisadi əlaqələri var. Sanksiyalar ABŞ-a yox Avropaya zərbə vurur. Rusiya adekvat addım atsa Avropaya dəyən zərər ikiqat artacaq. Rusiya gizlətmir ki, enerji rıçaqlarından istifadə edəcək. Moskva bu addımı atsa Avropa faciə yaşayacaq.
ABŞ-ın İrana qarşı kampaniya şəkilli sanksiyaları Ağ Ev yox, Avropanı zərərə salır. Ağır vəziyyətdə olan yaşıl qitə İran bazarını itirməklə ağır vəziyyətə düşür. Avropa milli mənafeinə zidd olsa belə ABŞ-ın təzyiqləri altında İran bazarının qapılarını öz üzünə bağlayır. Son hesabatlara görə Avropa şirkətləri İrana qarşı sanksiyalardan öldürücü zərbə alıb. İrana qarşı sanksiyalar ABŞ-la Avropa arasında ən ixtilaflı mövzulardandır. Ağ Ev Avropanı İran bazarından çəkindirdiyi zaman özü Tehranla ticari əlaqələr yaradır. Blumberg yazır ki, Avropa İranla ticarət mübadiləsini 5 faiz azaltdığı zaman ABŞ İranla ticarəti 35 faiz artırıb. Bu arada Avropa Birliyinə üzv ölkələr böyük zərərlə üzləşib.
Hesabatlara əsasən Avropa rəsmiləri Amerikanın bu istiqamətdə fəaliyyətlərini ədalətsiz sayaraq etiraz edir. Hazırda ABŞ İrana qida məsulları, tibbi avadanlıqlar ixrac edir və bu ticarət hər gün artmaqdadır. Eyni vaxtda Avropa şirkətləri İranla ticarətə görə cərimələnir, Avropanın milli mənafeləri Ağ Evin siyasətinə qurban verilir. Avropanın ən böyük strateji səhvi kəşfiyyat sahəsi ilə bağlıdır. Ötən hadisələr göstərdi ki, ABŞ hər an Avropaya yeni zərbələr vurmağa hazırdır. Amerikanın Avropada casus fəaliyyətləri Edvard Snoudenin qalmaqallı bəyanatlarında öz əksini tapıb. ABŞ casusları bütün Avropaya nəzarət edir. Maraqlıdır ki, casusluq fəaliyyətlərində ABŞ-ın təhlükəsizliyi yox, milli mənafeləri asas götürülür. Çox vaxt casusların hədəfi iqtisadiyyat, sənaye sektoru olur.
Almaniya kansleri Angela Merkelin 2002-ci ildən başlayaraq danışıqlarının gizli dinlənilməsi göstərir ki, ABŞ öz müttəfiqlərinin təhlükəsizliyinə və milli mənafeinə zərrəcə əhəmiyyət vermir. Snoudenin dünyada qalmaqal yaradan açıqlamaları göstərdi ki, Amerika dövləti öz vətəndaşlarının da böyük bir hissəsini gizli şəkildə izləyir. Öz vətəndaşına dəyər verməyən dövlətdən başqalarına qarşı ədalətli münasibət gözləmək əbəsdir. ABŞ ifşa olmuş casusluq fəaliyyətlərinə görə öz müttəfiqlərindən rəsmi üzr də istəmədi.
Bu zərbə o qədər ciddi oldu ki, müttəfiqlər hələ də şokdan çıxa bilməyib. Amma bundan sonra da ABŞ-ın siyasətlərində dəyişiklik gözləməyə əsas yoxdur. ABŞ öz casusluq fəaliyyətlərini davam etdirir.
Amerikanın fəaliyyətləri sayəsində Avropaya dəyən ən böyük zərər onun dünyada nüfuzdan düşməsidir.
Dünya xalqları müxtəlif şəkillərdə aksiyalar keçirir, ABŞ və müttəfiqlərinin təcavüzkar müharibələrinə, terrorizmi dəstəkləməsinə, bəşərə zidd addımlarına etiraz edir. Avropa bir müttəfiq olaraq ABŞ-ın cinayətlərinə şərikdir. Dünyada ictimai fikir belədir ki, Avropa ABŞ-ın müttəfiqi olaraq onun siyasətlərinə görə məsuliyyət daşıyır. Bu fikir Avropa dövlətlərinin şuarlarını ciddi şəkildə şübhə altına alır. Britaniya, Fransa, Almaniya kimi ölkələrdə cəmiyyətlə dövlət arasında qarşıdurma güclənir, millətlər dövlətlərini ABŞ yox, milli mənafelərə xidmətə çağırır.
NATO-nun illik toplantısı keçirilən ölkələrdə müharibə əleyhdarları aksiyalar keçirir. Müharibəyə qarşı fəaliyyət göstərən qruplar Amerikanın təcavüzkar müharibələrinə etiraz edir. Artıq Avropa xalqları başa düşür ki, yaşıl qitəyə problemlər yaşadan ABŞ-la müttəfiqlikdir.
Fransada prezident seçkilərində Sarkozinin məğlubiyyəti ABŞ-a itaət siyasətinin uğursuzluğuna sübutdur. Bu gün Avropa ilə həmkarlıq edən Ollandı da Sarkozinin aqibəti gözləyir. İraq müharibəsini himayə edən İspaniya dövlətinin süqutu Amerikapərəstliyin faciəsinə növbəti nümunədir. İspaniyanın baş naziri bu siyasətə görə vəzifədən getdi. İspaniya, İtaliya, Britaniya baş nazirlərinin hakimiyyətdən getməsi birbaşa ABŞ-a itaət etmələrinin nəticəsi idi.
ABŞ-la həmkarlıq edən dövlətlərin seçkilərdə uduzması xalqların ABŞ-a qarşı olduğunu göstərir. Seçkidə məğlubiyyət Amerikapərəst dövlətlərin ödədiyi ən kiçik əvəzdir.

vilayet.nur-az/khamenei.ir
Oxunub 4053 dəfə
Loading ...
Go to TOP