Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2018

Suriyada atəşkəsə dair səsvermə təxirə salınıb

BMT Təhlükəsizlik Şurası Suriyada atəşkəsə dair qətnamə layihəsinə şənbə günü, Nyu-York vaxtı ilə saat 12:00-da səs verəcək. Bu barədə İsveçin BMT-dəki daimi nümayəndəsi Ulof Skuq bildirib. Təhlükəsizlik Şurasının üzvləri bütün mübahisəli məsələləri hələ ki, həll edə bilməyiblər. Fevralda Təhlükəsizlik Şurasında sədrlik edən Küveyt diplomatı Mənsur Ayad Əl-Uteybi bildirib ki, əsas ziddiyyətlər atəşkəsin qüvvəyə minmə tarixi və onun müddəti ilə bağlıdır.
Yada salaq ki, BMT Təhlükəsizlik Şurasında Suriyada 30 günlük atəşkəs rejiminin tətbiqini nəzərdə tutan, Küveyt və İsveçin hazırladığı qətnamə layihəsi müzakirə edilib.

mediaklub
Oxunub 1359 dəfə
Loading ...
Go to TOP