Şrift ölçüsü:
A+
A
A-
Kr
24 Fevral 2018

Filippin prezidenti ordunun Yaxın Şərqdə iştirakına qadağa qoydu

Filippin prezidenti Rodriqo Duterte ölkə ordusunun Yaxın Şərqdəki münaqişələrdə iştirakına qadağa qoyub. ABŞ müraciət etsə belə bu qadağa tətbiq ediləcək. Prezidentin bu qərarı Küveytə qazanc dalınca gedən filippinli qulluqçu xanımın qətli ilə əlaqədardır. Prezident bildirib ki, bundan sonra Filippin ordusu həmin əməliyyatlarda iştirak etməyəcək. R.Duterte administrasiyası Küveytdən Filippin vətəndaşının qətlində təqsirli bilinənlərin cəzalandırılmasını tələb edəcək.Telekanalın bildirdiyinə görə, hazırda 10 milyona yaxın filippinli xarici ölkələrdə müxtəlif xidmət sahələrində çalışır.

mediaklub
Oxunub 1349 dəfə
Loading ...
Go to TOP